Nursultan Nazarbayev: “Qırğızıstanda tezliklə hökumət qurulmalıdır”

Nursultan Nazarbayev: “Qırğızıstanda tezliklə hökumət qurulmalıdır”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astana şəhərində ATƏT-in zirvə toplantısında iştirak etmək üçün bu ölkədə olan Qırğızıstan prezidenti Roza Otunbayeva ilə görüşüb. SİA-nın Türkiyənin "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qırğızıstandakı siyasi vəziyyətlə özünün yaxından maraqlandığını vurğulayan N.Nazarbayev Qırğızıstanda hökumətin tezliklə qurulmasının vacib olduğunu söyləyib. O, Qırğızıstan ilə Qazaxıstanın keçmişdən indiyə kimi dost və qardaş iki ölkə olduğunu qeyd edib.

 

R.Otunbayeva Qazaxıstanın ATƏT-in müvəqqəti sədri olaraq böyük məsuliyyət daşıdığını deyib. Qırğızıstanda baş verən qanlı hadisələrlə bağlı ATƏT-in müsbət qərarlar qəbul etdiyini dilə gətirən Qırğızıstan prezidenti bu məsələdə Nazarbayevin liderlik xarakterinin də önə çıxdığını bildirib.

 

Qırğızıstan prezidenti daha sonra Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Ki Mun ilə ilə görüşüb. Baş katib Qırğızıstanda yaşanan hadisələrə görə narahat olduğunu və etnik barışığın təmin edilməsi, qadın haqlarının qorunması kimi mövzuların həll edilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə