Özbəkistan və Azərbaycanın müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq Planı imzalanıb

Özbəkistan və Azərbaycanın müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq Planı imzalanıb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın müdafiə naziri, general-mayor Kabil Berdiyevin dəvəti ilə Özbəkistanda səfərdədir.

SİA-nın xəbərinə görə, Səfər Əbiyevin özbək həmkarı ilə görüşündə ölkələrimiz arasında hərbi sahədə iktərəfli əməkdaşlıq məsələləri müzakirə edilmiş, Cənubi Qafqaz və Orta Asiya regionundakı hərbi-siyasi vəziyyət diqqət mərkəzində olub.

Özbəkistan və Azərbaycanın müdafiə nazirlikləri arasında 2011-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb.

Sonra nazirlər Daşkənd Ali Ümumqoşun Komandirləri Məktəbinə getmiş, qonaq burada kursantlara yaradılmış şəraitlə tanış olub.

Noyabrın 30-da Səfər Əbiyev Özbəkistanın baş naziri Şavqat Mirziyayev, parlamentin yuxarı palatası - Senatın sədri İlqizar Sabirov və parlamentin aşağı palatası - Ali Məclisin sədri Dilarom Taşmuxamçedova ilə görüşəcək, Daşkəndin gəzməli yerlərinə baxacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə