“ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşünün Ağ Ev sahibinin başına bəla açacağını görüşdən əvvəl yazmışdım. Tramp elə bilirdi ki, Şimali Koreya lideri ilə qazandığı uğuru Putinlə görüşdə təkrarlaya bilər və hamı ona əl çalacaq. Amma tərsi oldu”. SİA-nın verdiyi məlumata görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Amerikada Trampın qatı əleyhdarları Ağ Ev sahibinin Şimali Koreya diktatoru ilə razılaşmasına bir söz demədilər, həqiqətən uğur olduğunu anladılar, sadəcə susdular. Putinlə görüş və verilən açıqlamalar isə bütün qırmızı çizgilərin aşılması oldu.
Trampın Amerikadakı çoxsaylı əleydarları, konqresmenlər, siyasi ekspertlər və media bu görüşü Putinin triumfu kimi dəyərləndirir. “Tramp ölkəsinin mövqelərini Putinlə yaxınlığa qurban verdi”, “Tramp Amerikanın məxfi xidmət strukturlarına deyil, Putinə inanır” və s bu kimi epitetləri Ağ Ev sahibinə yapşdırdılar. İş o yerə çatıb ki, bəzi konqresmenlər prezidentlərin görüşündə Amerika tərəfindən tərçüməçilik edən xanım Marine Qrossi qapalı dinləməyə çağırmaq istəyir. Konqresmenlər Trampın Putinə qapalı danışıqda nələri vəd etdiyini müəyyənləşdirmək istəyirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB