Korea yarımadasında gәrginlik davam edir

Korea yarımadasında gәrginlik davam edir

Şimali Koreya ABŞ ilә Cәnubi Koreyanın ortaq hәyata keçirәcәklәri hәrbi tәlimin müharibәyə sәbәb ola bilәcәyini qeyd edәrkәn, Çin dә hәrbi tәlim әsnasında sahil sularına yaxınlaşılmasını istәmәdiklәrini bildirib.

SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Cәnubi Koreya xalqı hakimiyyәtin hücuma qarşı kәskin cavab vermәdiyini düşünür.

Müdafiә nazirinin istefa etdiyi Cәnubi Koreyada hücumda hәyatını itirәnlәrin dәfn mәrasimindә Dәniz Qüvvәlәri Komandiri Yoo Nakjoon qisas alacaqları barәdә söz verib.

Cәnubi Koreya ABŞ ilә Sarı dәnizdә hәyata keçirilәcәk ortaq hәrbi tәlimin Piyanqyanqı qorxudacağını vә qarşıdurma hәdәsini ortadan qaldıracağını düşünür

Bütün xəbərlər Facebook səhifəmizdə