"Elmar Vəliyev Prezidentin tapşırıqlarını ləyaqətlə yerinə yetirirdi" MÜNASİBƏT
Son günlər sosial şəbəkələrdə Gəncədəki hadisələrin siyasiləşdirilməsinə və terrorçuya haqq qazandırılmasına yönəlik çağırışlar səsləndirilir. Məsələyə sərt münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov SİA-ya bu hadisənin uzun müddət mütəşəkkil şəkildə hazırlandığını deyib: “Elmar Vəliyevə qarşı törədilən sui-qəsd əvvəlcədən bir neçə şəxs tərəfindən hazırlanan terror hadisəsidir. Bu gün artıq bütün aidiyyatı qurumlar dediklərimi təsdiqlədilər. Təbii ki, bu sui-qəsd tək güllə atmaqla bitməyəcəkdi. Bu bir neçə il, mütəşəkkil şəkildə hazırlanmış terror hadisəsidir. Ona görə də hadisədən cəmi bir neçə dəqiqə sonra sosial mediada Elmar Vəliyevlə bağlı neqativ çağırışlar etdilər. Bir çoxları sual verir ki, niyə məhz Elmar Vəliyev, niyə məhz Gəncə? Əvvəla Elmar Vəliyev ölkənin ikinci ən böyük şəhərinin başçısıdır. Bundan başqa Gəncə əhali sayına görə ölkədə Bakıdan sonra ən böyük şəhərdir. Yəni söhbət ölkənin ikinci böyük şəhərinin başçısını güllələməklə ən çox əhalisi olan Gəncədə çaxnaşma salmaq, qarşıdurma yaratmaq və beləliklə də ölkəni xaosa sürükləməkdən ibarətdir. Bundan başqa hər kəs bilir ki, Elmar Vəliyev son 7 ildə Gəncəni tamamilə yenidən qurdu. O, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları ləyaqətlə yerinə yetirirdi. Ümid edirəm ki, o yenidən işinin başına qayıdacaq və yarımçıq işləri tamamlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB