Noyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Monteneqro arasında bir sıra sahələrdə, o cümlədən iqtisadi və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
E.Məmmədyarov iqtisadi və turizm sahələri ilə yanaşı mədəniyyət, təhsil sahələrində də ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə qonağa məlumat verib. Ölkəmizdə sürətli inkişafın şahidi olduğunu qeyd edən M.Roçe Monteneqro ilə Azərbaycanın uğurlu əməkdaşlığına inandığını bildirib. Monteneqrolu nazir ölkələrimiz arasında görüşlərin və əlaqələrin davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Həmçinin M.Roçe azərbaycanlı həmkarını Monteneqroya səfərə dəvət edib. Dəvət məmnuniyyətlə qəbul olunub.
Nazirlər ölkələrimiz arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquq müqavilə bazasının genişləndirilməsi barədə razılaşıblar. Sonda Azərbaycanın və Monteneqronun xarici işlər nazirləri "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş"i və "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Monteneqronun Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB