Saysız hesabsız xarici mətbuat qurumları və nəşrləri Azərbaycan – Ermənistan münasibətlərinə, münaqişəyə, ermənilərin ölkəmizə olan təcavüzünə bu vaxta qədər bir-birinin ardınca diqqət sərgiləyib və əsl həqiqətin nədən ibvarət olduğunu, erməni vəhşiliyini, vandallığını mütəmadi olaraq işıqlandırıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın haqlı mövqeyinə dünya mediası birmənalı formada tənqidi münasibət göstərmir və erməni yalanları artıq dünya üçün də qəbuledilməzdir.
Ermənilərin işğalçılıq siyasətinə, simasızlığına dünya mətbuatında tez-tez rast gəlinir və hazırlanan reportajlar bunu təsdiq edir
Ermənistan-Azərbaycan təmas xəttində erməni təxribatı nəticəsində 2016-cı ilin aprel ayında aparılan döyüşlər, Azərbaycan Ordusunun şücaəti nəticəsində erməni qüvvələrinin itgiləri, bir neçə yüksəkliyin ələ keçirilməsi dünya ictimaiyyətinin diqqətindən kənarda qalan deyil və bütün bunlar Ermənistan rejiminin təxribatçı, işğalçı olduğunu bütün dünyaya bir daha nümayiş etdirir. Azərbaycan həqiqətlərinin obyektiv formada dünyaya nümayiş etdirilməsində xüsusilə, qardaş Türkiyə mətbuatının, Türkiyənin nüfuzlu “NTV” xəbər kanalının fəaliyyəti, Azərbaycanın işğaldan azad etdiyi Lələ Təpə yüksəkliyindən hazırlanan reportajları, “CNN Türk” kanalının Azərbaycan tərəfinin haqlı mövqeyini dünyaya nümayiş etdirən proqramları, TRT-nin Erməni təxribatları ilə bağlı sistematik xəbər və reportajları, nüfuzlu “Hürriyet”, “Milliyet” və “Sabah” qəzetlərinin erməni mövqelərinin şantaj xarakterli həmlələri barədə yayımları dünya ictimaiyyətinin diqqətindən yayınan deyil və bu gün ermənilərin kimliyi, yəni təxribatçılığı, işğalçılığı, vandallığı, bir sözlə haqsız olduğu heç də sirr deyil.
Təkcə qardaş Türkiyə mətbuatı deyil, dünyaca məşhur “BBC”-nin Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarına yer ayırması, “The İndependent”-in Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu bildirən mövqe sərgiləməsi, tanınmış “Associated Press” agentliyinin erməni aqressiyası haqqında yazıları erməni simasının, daha doğrusu, simasızlığının tanınmasında yetərlidir. İndi hər sıxıntı keçirdiyində ştatlara üz tutan ermənilər, onların haqsızlığı barədə ABŞ mətbuatının ən nüfuzlu “The Washington Times” və “New York Times” qəzetləri yazıb, Azərbaycanı işğala məruz qalan ölkə kimi təqdim edibsə, deməli, Azərbaycan həqiqətləri onlar üçün də müəmmalı deyil və erməni hiyləgərliyi, hay-küyü artıq əbəsdir.
Ermənilərin mövqeyi, işğalçılıq siyasətinə dünya mətbuatında tez-tez rast gəlinir və hazırlanan reportajlar belə bunu təsdiq edir. Məsələn, Azərbaycanda mülki əhalinin məruz qaldığı erməni hücumları barədə dünyaca məşhur, nüfuzlu “Al Jazeera” kanalının hazırladığı reportajlar erməni vəhşiliyinin sübutudur. Ayrı-ayrı ölkələrin mətbu orqanları, Qırğızıstanın Kabar agentliyi, Yaponiyanın “FHN news”, “TBS news” kimi kütləvi informasiya vasitələri bu mövzuya dəfələrlə toxunub və hadisələrə hər zaman diqqət ayrılıb. İsrailin “Haaretz” qəzeti ardıcıl olaraq Azərbaycanla İsrailin müttəfiqliyindən bəhs edən yazılar dərc edir. Bu kimi informasiya mənbələrini sadalamaqla bitən deyil və bu baxımdan dünyanın heç bir yerində ermənilərin törətdikləri əməllər, vəhşiliklər barəsində məlumatsız kimsənin olmasına özlərinin belə zərrə qədər ümidləri qalmayıb.
Ermənistan bütün bu faktların, informasiyaların fonunda öz ənənəvi xislətini gizlətmir və müntəzəm olaraq Azərbaycanın haqlı mövqeyini işıqlandıran, erməni vandalizmini pisləyən media orqanlarına qarşı təhqir, təhdid və hücumlardan əl çəkmir, hətta dövlət səviyyəsində aparılan bu tendensiya, bu ənənə yerlərdə, müxtəlif ölkələrdə belə ayrı-ayrı erməni icmaları tərəfindən də davam etdirilir. Utanmadan erməni yalanlarını doğru kimi qələmə verməyə cəhd edilir, Azərbaycan həqiqətlərini isə yalan kimi dünyaya sırımağa, yaymağa səy göstərilir. Arqument qarşısında heç bir əsas olmadan yalnız şayələrə istinad edən ermənilər yalnız hücuma, təhdidə əl atmaqdan başqa heç bir çarələri olmadığını da yaxşı başa düşürlər. Yalnız bir şeyi başa düşə bilmirlər ki, mətbu orqanlara, həqiqətləri ictimailəşdirən kütləvi inormasiya vasitələrinə qarşı hücumlar onların vəhşiliyini, vandallığını bir daha təsdiq edir və sübut edir ki, barələrində yayımlanan, simasızlıqlarını üzə çıxaran informasiyalar həqiqətdir.
Bolqarıstan mediasında hazırlanan reportaja görə təhdid və hücumlarla ermənilər özlərini ifşa etdilər
Bu dəfə Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yayımlanan geniş materialdan sonra Bolqarıstan erməniləri Ermənistanın tacavüzündən danışan jurnalistə qarşı hücuma keçiblər. Bolqarıstan televiziyasının təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə hazırladığı obyektiv verilişdə, təxminən 13 dəqiqəlik reportajda cəbhə bölgəsində yerləşən Tərtərin Şıxarx kəndinin necə ermənilər tərəfindən viran qoyulduğu barədə materiallar erməniləri özündən çıxarıb. İşğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş azərbaycanlıların öz ailə üzvlərinin erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilməsi barədə danışdıqları reportajda təmas xəttində olan jurnalistin Azərbaycan hərbçilərinin döyüş əzmindən, ordunun hazırlığından geniş məlumat verməsi erməniləri hiddətləndirib. Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.
Əslində, təkcə bu faktın özü, yəni hücum və təhdidləri belə erməni dövlətinin, erməni xislətinin iç üzünü açır. Hər zaman hücum və təhdidlərlə müşahidə olunan davranışlar ermənilərin vəhşiliyindən xəbər verir. Həmçinin təsdiq edir ki, Bolqarıstan televiziyasının onların vəhşilikləri barəsində hazırladıqları reportaj həqiqətdir və ictimailəşdirilən məlumatlar artıq zərrə qədər şübhə doğura bilməz. Erməni vəhşilikləri, ümumiyyətlə Ermənistanın işğalçılıq siyasəti barədə məlumatları yalanlamağa çalışanlar əslində öz təhdidləri ilə erməni saxtakarlığını nümayiş etdimiş oldular. Bununla bütün dünya ictimmaiyyəti Ermənistanın necə saxtakar, rəzil, çarəsiz və aqressiv bir dövlət olduğunu bir daha görmüş oldu. Bu cür təxribat xarakterli oyunlarla ermənilər özlərini ifşa edirlər və dünya ictimaiyyətini, beynəlxalq qurumları, ayrı-ayrı ölkələri bir daha əmin edirlər ki, həqiqətən də erməni simasızlığı hədsizdir, yalanları sərhədsizdir və onlara inanmaq olmaz.
Özünü dünyəvi dövlət kimi göstərən, bəzən demokratiya, humanizm carçısı kimi təqdim edən Ermənistan illər boyu heç bir sülh danışığına, heç bir razılaşmaya sadiq qalmadığını, qarşı tərəfin mövqeyinə hörmətlə yanaşmaq iqtidarında, mədəniyyətində, səviyyəsində olmadığını onsuz da mütəmadi olaraq biruzə verir və Bolqarıstan mediasında yayımlanan reportaja qarşı aqressiv münasibət bütün bunları təsdiq edir. Təsdiq edir ki, Ermənistanda baş verən son məxməri inqlabdan tutmuş dünya ölkələrində məsum, əzilmiş və haqları tapdalanmış görkəm almalarına qədər ermənilərin bütün davranışları riyakarlıqdan başqa bir şey deyil və yalandır. Onilliklər, hətta əsrlər boyu ermənini sözün əsl mənasında himayəyə götürmüş Rusiyaya arxa çevirib Qərbin ayaqlarına döşənməklə öz simasızlığını da dünyaya bəyan edən Ermnistanın illərlə onlara yer vermiş, torpaqlarında yaşamaq hüququ vermiş Azərbaycana qarşı xəyanətkarlığına, torpaq iddiasına da artıq şübhə ola bilməz. Heç şübhə ola bilməz ki, istər sülh, istərsə də müharibə yolu ilə Dağlıq Qarabağ işğaldan azad edilcək və işğal olunmuş rayonlar azad ediləndə də dünya dövlətləri, dünya mediası Azərbaycanın yanında olacaq. O zaman erməni yalanları birmənalı şəkildə elə ifşa ediləcək ki, simasız, xain ermənilər öz ölkələrindən kənara belə çıxa bilməyəcək, yaxud buraxılmayacaq. Təbii ki, indi Yerevan adlandırdıqları əzəli Azərbaycan torpaqları olan İrəvandan belə qovulmasalar. Bununla da Ermənistan deyilən bu dövlət dünya xəritəsində qara bir ləkə kimi cızılacaq, hətta ola bilsin ki, üzərində Ermənistan yox, sual işarəsi qoyulmaqla taleyi sual altında qalacaq...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB