Millət vəkili: “Azərbaycanda 18 yaşına kimi uşaqların hicablanmasının qəti əleyhinəyəm”-AÇIQLAMA

Millət vəkili: “Azərbaycanda 18 yaşına kimi uşaqların hicablanmasının qəti əleyhinəyəm”-AÇIQLAMA
Azərbaycanda uşaqların başlarına hicab bağlamasının tam əleyhinəyəm. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Gülər Əhmədova təhsil naziri Misir Mərdanovun hicabla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, bu uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. G.Əhmədovanın sözlərinə görə, aydın məsələdir ki, kiçik yaşlı uşaqlar bunu öz hökmləri səviyyəsində həll edə bilmirlər: "Bu valideynlərin və yaxud ətrafdakı ictimai mühitin bir basqısı kimi qiymətləndirmək olar. Ona görə də sivil bir dövlət olan Azərbaycanda 18 yaşına kimi uşaqların hicab geyinməsinin qəti əleyhinəyəm. 18 yaşdan sonra isə onun hicablı və ya hicabsız olmasına özü qərar verə bilər. Ona görə də təhsil nazirini tam dəstəkləyirəm və hesab edirəm ki, bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Hətta bəzi məktəblərdə nümunə olaraq hicabla məktəbə gələn direktorlar, müəllimlərlə bağlı müəyyən addımlar atılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə