Vüsal Qasımlı: “Ümid” qaz yatağındakı uğur Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyini gücləndirəcək” - MÜNASİBƏT
""Ümid" yatağının kəşf olunması Azərbaycanın dünyada təkcə neft yox eyni zamanda təbii qazla zəngin olan dövlət imicini yaratdı". Bu sözləri iqtisadçı ekspert Vüsal Qasımlı SİA-ya açıqlamasında deyib. "Ümid" yatağında qaz ehtiyatının tapılması ilə Azərbaycanın neft və qaz sahəsində ciddiliyini ortaya qoyduğunu bildirən iqtisadçı ekspert vurğulayıb ki, bu bir daha sübut etdi ki, rəsmi Bakının verdiyi vədlər ehtimallar üzərində qurulmayıb: "Çünki Azərbaycan tərəfi həmişə qaz yataqları ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirirdi. Məsələn: "Azəri-Çıraq-Günəşli"də 511 mln ton neftin olması bardə fikirlər səslənmişdi. Amma sonradan aparılan kəşfiyyat işləri göstərdi ki, 1 mlrd tondan artıq neft var. Və ya "Şahdəniz" yatağı. Eyniliklə "Ümid" lə bağlı eyni sözləri demək olar. Gələn illərdə növbəti kəşfiyyat quyularının qazılması bu ehtiyatların çoxalmasına gətirib çıxaracaq. Bu ilk növbədə Azərbaycana ciddilik gətirir. Yəni biz boş sözlər və vədlər vermirik".
Ekspert hesab edir ki, "Ümid" qaz yatağındakı uğur Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirməklə əhəmiyyətini artırdı. Avropanın enerji təhlükəsizliyi istiqamətində Rusiyadan enerji asılılğı azaltmaq istəyi, qərbin baxışlarını Xəzər hövzəsinə istiqamətləndirib və məhz bu zəmində Avropanın Azərbaycanla bağlı gözləntilərim də çoxdur.
V. Qasımlının fikrincə, Dağlıq Qarabağ münaqişəsinin ətrafında aparılan danışıqların həlledici mərhələyə daxil olması və ATƏT-in Astanada baş tutacaq sammitində bu məsələnin yenidən müzakirəyə çıxarılması ərəfəsində "Ümid" sözün əsl mənasında bizə ümid verdi. Çünki iqtisadi sahədə əldə etdiyimiz dividendlər çox böyük uğurla siyasi müstəviyə daşınır və xüsusən də Dağlıq Qarabağ ətrafında aparılan danışıqlarda bu dividendlərdən mümkün qədər çox istifadə ediləcəyinə ümid verir. "İnanıram ki, iqtisadi müstəvidə əldə etdiyimiz dividendlər ATƏT sammiti ərəfəsində ərazi bütövlüyünün təmin olunmasında öz sözünü deyəcək".
Eyni zamanda "Ümid" yatağının Azərbaycan üçün böyük gəlir mənbəyi olacağını deyən iqtisadçı ekspert vurğulayıb ki, yeni kəşf edilən quyuların hesabına Azərbaycan artıq regionda olan qaz marşrutların dominantlığını təmin edə biləcək: "Çünki "Ümid" yatağında 200 mlrd.kub.m qaz var. Nəzərə alsaq ki, qazdan əlavə 30 mln kondensat var bunun da bazar qiyməti ilə Azərbaycana verəcəyi gəlir 40 mlrd dollar təşkil edəcək. Bu isə hazırki, Azərbaycan dövlət büdcəsindən az qala 3 dəfə çoxdur. Daha bir müsbət nəticə Dövlət Neft Şirkətinin "Ümid" yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmasıdır. Bu zəmində indi daha çox üstünlüyümüz ondan ibarət olacaq ki, biz artıq regionda olan qaz marşrutlarının dominantlığını təmin edə biləcəyik. Buna bir fakt kimi yaxın keçmişdə Xəzəryanı ölkələrin prezidentlərinin Bakıda keçirilən sammitidir. Belə ki, sammit zamanı bu məsələ gündəmə gətirildi və Türkmənistan prezidenti Xəzər dənizini keçməklə Azərbaycan üzərindən Avropaya qaz nəql etmək təşəbbüsü göstərdi. Mən düşünürəm ki Azərbaycan ciddi qaz mənbəyi olacaqsa, onda biz ixrac marşrutları üzrə öz dominantlığımızı saxlayacağıq. Azərbaycan həm "Nabucco"da, "AGRİ" layihəsində həmdə digər ixrac marşurutları, o cümlədən Rusiya və İrana ixrac marşrtlarında sözün əsl mənasında lider mövqesində çıxış edir".
V. Qasımlı həmçinin "Babək" yatağında aparılan kəşfiyyatın gələcək perspektivlərinə də toxunub: "Ümid"də yaxşı nəticə almağımız o deməkdir ki, "Babək"in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda "Babək" aşağıda yerləşdiyi üçün onun ehtiyatı iki dəfə çoxdur. Yəni, "Ümid"də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, "Babək"də bu, 400 milyard kubmetr olacaq. Hazırda 2 trln.kub.m təsdiq olunan qaz ehtiyatımız var. Amma sizi inandırıram ki, "Abşeronda" "Babək" də, yataqlarında artıq kəşfiyyat işləri aparılır. Əlavə bir 2 trln.k.m qaz ehtiyatlarımız olsun. Əsas məqsəd coğrafi baxımdan qaz siyasətini diversifikasiya etmək, daha aşağı tariflərlə malik olmaq, qazı mümkün qədər baha satmaq və bu qaz diplomatiyasında əldə etdiyimiz dividentləri siyasi müstəviyə daşımaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB