Cəbhənin Ağdam rayonu istiqamətində törədilmiş yanğınların monitorinqi aparılıb FOTO

Cəbhənin Ağdam rayonu istiqamətində törədilmiş yanğınların monitorinqi aparılıb FOTO

“Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.

“Azərkosmos” ASC-dən SİA-ya verilən məlumata gröə, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib. Bildirilir ki, 29 iyun 2018-ci il tarixində Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə