Azərbaycanın sənaye və energetika naziri “Qara Dəniz İqtisadi Forumu”nda iştirak edəcək
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev 26-27 noyabrda Yaltada baş tutacaq "Qara Dəniz İqtisadi Forumu"nda iştirak edəcək. Bu barədə SİA-ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib. O, qeyd edib ki, forum Ukrayna Prezidenti Viktor Yanukoviçin və Krım Muxtar Respublikasının Nazirlər Şurasının dəstəyi ilə keçiriləcək. Forumda Natiq Əliyev nitq söyləyəcək.
Eyni zamanda N.Əliyevin Ukrayna Baş nazirinin birinci müavini Andrey Klyuev və yanacaq və energetika naziri Yuri Boyko ilə görüşü nəzərdə tutulub. Forumda həmçinin Rusiya, Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya, Yunanıstan, Moldovadan 250-dən çox nümayəndə heyəti də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB