AMEA Elmi İnnovasiyalar Mərkəzi beynəlxalq müqavilələr bağlayıb

AMEA Elmi İnnovasiyalar Mərkəzi beynəlxalq müqavilələr bağlayıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi İnnovasiyalar Mərkəzi (EİM) Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzi və "Swets İnformation Services" Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, müqaviləyə əsasən AMEA Elmi İnnovasiyalar Mərkəzinin səlahiyyətli nümayəndələri 2011-ci il oktyabrın 31-dək onlayn rejimində "Elsevier" nəşriyyatının SCOPUS verilənlər bazasından istifadə etmək hüququ əldə ediblər.

Məlumat üçün bildirək ki, SCOPUS dünyada ən böyük referativ verilənlər bazalarından biridir. SCOPUS referatların ve elmi sitatlar verilənlər bazası, həmçinin jurnal və kitab kolleksiyalarıdır. Monoqrafiyalardan başqa, kitab kolleksiyalarına fundamental və tətbiqi elmlərin bütün sahələri üzrə sorğu kitabçaları və ensiklopediyalar da daxildir. Bu baza təxminən 4000 beynəlxalq nəşriyyatın 17000-dən artıq elmi-texniki və tibbi jurnallarını indeksləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə