Şərqşünaslıq İnstitutunun əməkdaşları Misirə səfər ediblər

Şərqşünaslıq İnstitutunun əməkdaşları Misirə səfər ediblər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinin müdiri Vilayət Cəfərovun rəhbərlik etdiyi bir qrup əməkdaşı Misirdə elmi ezamiyyətdə olublar. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən verilən xəbərə görə, ərəb dili, mədəniyyəti və ərəb ölkələrinin tarixi barədə daha dərin məlumat əldə etmək məqsədilə Misirdə olan alimlər bu ölkənin aparıcı universitetlərində çalışan alimlərlə görüşlər keçirib. Bundan əlavə, onlar Əl-Əzhər və Qahirə universitetlərinin "Müasir sivilizasiyada qadının rolu" adı altında keçirdikləri konfransda iştirak edib və müxtəlif mövzularda dəyirmi masalar təşkil ediblər.

Görüşlərdə çıxış edən Əmir Qasımlı Azərbaycan ilə ərəb dünyası arasında ədəbi, elmi və mədəni əlaqələrdən söhbət açıb, bu əlaqələrin 60-cı ildən başlayaraq inkişaf etdiyini nəzərə çatdırıb. Ərəb Liqası Baş Katibliyinin büro sədri iki ölkə arasındakı əlaqələrin genişlənməsindən məmnun olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə