“Paşinyan dövlət idarəçiliyində çox təcrübəsiz olduğunu göstərdi” MÖVQE
“Paşinyan Ermənistanın Dağlıq Qarabağ məsələsinə qarışmadığını və münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda qondarma rejimin iştirak etməli olduğunu deyirsə, onda Ermənistan ilk növbədə Dağlıq Qarabağdan qoşunlarını geri çağırmalı və Dağlıq Qarabağ işğaldan azad edilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputatın sözlərinə görə, Paşinyanın son fikirləri onun növbəti sayıqlamasıdır: "Paşinyanın bu bəyanatı status-kvonu saxlamaq və danışıqlardan yayınmaq istəyindən başqa bir şey deyil. O bu açıqlama ilə bir daha özünü itirdiyini və siyasi təcrübəsizliyini sübuta yetirir. Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb".
T. Kərimli qeyd edib ki, Paşinyan danınşıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil: "Onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Eləcə də, Paşinyanın ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, “sehrli çubuqla” hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, “DQR”-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğunu; onun baş nazir seçilməsində dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB