Qüdrət Həsənquliyev: "Avropa münaqişənin həllinə etinatsız qalmamalıdır"
"Ermənistan Rusiyanın forpostu olaraq bu təcavüzkar siyasəti aparmaqdadır. 1999-cu ildə Ermənistanda Dəmirçiyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərsə də, ona qarşı sui-qəsd qəsd tətbiq edilmişdi". SİA-nın xəbərinə görə, bunu Bakıda Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Sammitinin açılış mərasimində Alyansın üzvü, deputat Qüdrət Həsənquliyev deyib.
"Biz Rusiya ilə münasibətləri qurmaqdayıq. Düşünürəm ki, beynəlxalq hüququ çərçivəsində məsələnin həlli dünya ölkələri üçün maraqlı olacaq. Dağlıq Qarabağ münaqişəsi humanitar fəlakətə gətirib çıxarıb. Biz hərbi sahəyə daha çox vəsait ayırırıq. Amma bunu başqa sahələrə yönəltmək olar"- deyə Q.Həsənquliyev deyib.
Deputat bildirib ki, Ermənistan münaqişənin həlli istiqamətində addım atmır:" Lakin vəziyyət elə yerə gəlib çatıb ki, artıq bu məsələdə qətiyyət göstərməyin zamanıdır. Amma təəssüf ki, münaqişə eyni zamanda xarici təcavüzkar cihadın yerinə yetirilməsi üçün əraziyə çevrilib. Avropa buna etinasız qalmamamalı, hüquq və ədaləti dəstəkləməlidir".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB