Lavrov: "Rusiya münaqişənin həll yollarının axtarışını davam etdirəcək"

Lavrov: "Rusiya münaqişənin həll yollarının axtarışını davam etdirəcək"

Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsi üzrə qarşılıqlı həll yollarının axtarışını davam etdirəcək. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib

"Rusiyanın mövqeyi dəyişilməzdir. Rusiya hər zaman münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin tərəfdarı olub. Biz əminik ki, bu ən optimal variantdır və Minsk qrupunun həmsədrlərindən biri kimi həm fransız, həm amerikalılarla birlikdə İrəvan və Bakı ilə ikitərəfli münasibətlərimiz kontekstində razılaşma əldə olunmasına imkan verəcək şərait yaratmaq üçün ümumi, ardıcıl danışıqlar aparırıq", -deyə Lavrov açıqlayıb.

"Əgər tərəflər "Dağlıq Qarabağı"n danışıqlarda təmsil ediləcəyini qəbul edərsə bu, onların qərarı olacaq və biz bu qərara hörmətlə yanaşacağıq",- deyə XİN başçısı əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə