"Əgər sadə ermənilər özlərində güc tapa bilsələr, Paşinyan rejimini də süpürüb atacaqlar"
Son günlər Azərbaycanın işğal edilən Dağlıq Qarabağ bölgəsində ermənilər arasında hərbi xuntaya qarşı etirazlar başlayıb. Bəzi yerlərdə artıq separatçı rejimlə əhali arasında ciddi toqquşmalarda baş verib. Bəzi siyasi ekspertlər Dağlıq Qarabağda baş verənlərin Ermənistanın yeni baş naziri Nikol Paşinyanın separatçı rejimi dəyişmək üçün atdığı hansısa bir addım kimi dəyərləndirilər. Söhbət etdiyimiz müsahiblərimizdə bu amili istisna etmədilər.
Millət vəkili Azər Badamov:
- Nikol Paşinyanın özü də aksiyalarla, ermənilərə yağlı vədlər verməklə hakimiyyətə gəlmiş şəxsdir. Amma məsələ orasındadır ki, yağlı vədlər reallıqdan uzaq olur. Real hakimiyyətin idarə edilməsinə başlayanda Paşinyan özünün harada olduğunu dərk etməyə başlayıb və ola bilsin ki, bu gün orda oturduğuna görə təəssüf hisslərini keçirir. Çünki, dövləti idarə etmək hər Paşinyanın işi deyil. Həm də Ermənistan kimi büdcəsi boş, iqtisadi tənəzzül dövrünü yaşayan, xarici dairələdən asıllı, əhalisi səfalət burulğanında batan. Paşinyan hakimiyyətə gələndən sonra ayrı bir mənzərənin şahidi oldu və yeni sistemdə yeni addımlar atmağa başladı. Bu addımlar əhalinin vergi yükünü artırmaqda, köhnə Sarkisyan rejiminin quldurlarını hakimiyyətdə saxlamaqda, hərbi gücündən xalqa işgəncə verməkdə istifadə etməsində oldu. Xüsusilə Dağlıq Qarabağda yaşayan ermənilərə münasibətdə və ordadkı Saakyanının quldur rejimi Xankəndində yenidən kütləvi narazılıqlara gətirib çıxarmışdır. Qarabağda yaşayan ermənilər necə olursa olsun Saakyan rejimindən
qurtulmağının yolunu hətta Azərbaycanla yenidən birləşməkdə görürlər. Hətta etirazçıların səsləndirdiyi şüarlarda əgər Azərbaycan ordusu Xankəndinyə gələrlərsə ermənilər bizi gül-çiçəklə qarşılayacağını da deyirlər. Meydan hərəkatı heç də hakimiyyəti idarə etmək deyil. Dünya tarixində də meydan hərəkatından ölkənin rəhbərliyinə gəlmiş şəxslərin rəhbər kimi fəaliyyəti müddəti heç də uzun olmur. Düşünürəm ki, Paşinyan necə mitinqlərlə hakimiyyətə gəldisə , eləcə də yaxın zamanlarda mitinqlərlə də çox pis durumda hakimiyyətdən gedəcək. Ermənistanın sabitliyi və iqtisadi inkişafı Azərbaycanla normal qonşuluq münasibətlərindən keçir. Bunun üçün də dərhal işğala son qoymalı, torpaqlarımızı azad etməli, bizə oralarda da sosial-iqtisadi infrastrukturun yaradılmasına imkan verilməlidir. Əgər ermənilər ağıllarını başına yığıb bu istiqamətdə hərəkətə keçərlərsə təbii ki, normal insanlar kimi yaşaya bilərlər.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli:
- Ermənistanda və onun işğal altında saxladığı Dağlıq Qarabağda, digər torpaqlarda sosial-iqtisadi durum kifayət qədər ağırdır. Bunu Ermənistandan baş kötürüb qaçanların statistikası, beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Etiraf etmək istəməsələr belə, ölkədə siyasi durum da kifayət qədər ağırdır. Başqa dövlətlər, güc mərkəzləri tərəfindən idarə olunan, alətə çevrilən ölkədə siyasi azadlıqlar, insan haqları, müstəqillik müzakirə mövzusu ola bilməz. Bu ölkə uzun müddətdir ki, populist şüarlarla idarə olunur, yalançı qalibiyyət ovqatı üzərində duruş gətirirdilər ki, həmin ovqat da 2016-cı ilin aprel döyüşləri zamanı dağıldı. Ermənistanda və Qarabağda gerçək bir etiraz dalğası var: çünki iqtisadi-sosial fəlakətə düçar olmuş erməni əhalisi indi də gerçək bir hərbi-siyasi fiaskonun acısını yaşayır. Erməni ideoloqları bu etirazı yatırmaq üçün müxtəlif oyunlar oynayırlar. Mənim düşüncəmə görə, bütövlükdə Paşinyanın hakimiyyətə gətirilməsi də bu oyunun tərkib hissəsidir: yeni yalançı ideyalar verilməsinə hesablanıb. Uzun müddət sadə ermənilərin gözünə “məxməri inqilab və demokratiyanın qalib gəlməsi” külü üfürüləcək. Amma həqiqət öz sözünü deyir. Əgər sadə ermənilər özlərində güc tapa bilsələr, Paşinyan rejimini də süpürüb atacaqlar. Çünki yeni rejim erməniləri problemə salan məsələləri həll etməkdən uzaqdır: sülh mövzusuna, ölkəni blokadadan çıxarmaq məsələsinə gəlmir, yalnız populist çıxışlar etməyə meyllidir. Sadə ermənilərin bu istəyini görməmək mümkün deyil. Amma təəssüf ki, Dağlıq Qarabağ oyununu quranlar, uzun illər idarə edənlər, hələ ki, buna imkan vermək fikrində görünmürlər.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB