ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər. SİA-nın Ermənistan KİV-nə istinadən məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib. O deyib ki, iyunun 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.
XİN rəsmisinin sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan XİN başçıları və ya baş nazirlə prezident arasında görüş barədə heç bir razılaşma yoxdur: "Yerevanda vasitəçilərlə XİN başçısı arasında ilk əlaqə olacaq. Görüşdə həmçinin gələcək addımlar da müzakirə olunacaq".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB