“Heydər Əliyev olmasa idi Azərbaycan müstəqilliyini itirəcəkdi” MÜNASİBƏT
“Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti odur ki, Azərbaycan özünün müstəqilliyini qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı birbaşa Azərbaycanın müstəqilliyinin yaşamasına və bu günə qədər müstəqil dövlət olaraq qorunmasına birbaşa xidmət etdi. Bu, bir tarixi həqiqətdir ki, Heydər Əliyev Azərbaycan dövlətini Rusiyanın növbəti işğalından xilas etdi”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini ikinci dəfə qazandıqdan sonra və 200 illik rus qoşunlarının Azərbaycandan çıxarılması tarixi bir hadisə idi: “Ancaq bununla Rusiya barışa bilmirdi. Bilirsiniz ki, 1920-ci ildə rus qoşunları ordu yeridərək Azərbaycanın müstəqilliyini əlindən almışdı. Bu müstəqilliyimiz cəmi 23 ay çəkmişdi. Böyük insan və zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin tarixə qızıl həriflərlə yazdırdığı bir faktdır ki, onun xidmətləri hesabına 1993-cü ildə rus qoşunları Azərbaycanı növbəti dəfə işğal edə bilmədi və müstəqiliyimizi itirmədik. Bu məhz Ümummilli Lider Heydər Əliyevin zəkası idi.
Heydər Əliyev olmasa idi, Azərbaycan ikinci dəfə öz müstəqilliyini itirəcəkdi və Rusiya növbəti dəfə Azərbaycanı işğal edəcəkdi. Bu gün rus qoşunları Azərbaycanda idi. Bu gün Azərbaycan öz müstəqilliyini 23 ay deyil, 27 ildir davam etdirir. Cənab Prezident İlham Əliyev də müstəqilliyimizi qoruyur və yaşadır. Məncə, bizim xalq üçün müstəqil olmağımızdan böyük nemət ola bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB