“Putinin bəyanatı məcburi açıqlamaya da bənzəyir. Ancaq bunun başqa çıxış yolu yoxdur. Variant ondan ibarətdir ki, bu gün “Qazprom” bütün Avropada monopolistdir. Hazırda ikinci bir operatorun Azərbaycan qismində bazara çıxması və Avropaya olan qaz təhdidinin qarşını alması sabah hansısa problemin yaranmayacağına işarədir”. SİA-nın verdiyi məlumata görə, bu barədə siyasi şərhçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, artıq Avropaya olan qaz təhdidinin qarşısını təkcə “Qazprom” almır, ikinci operator da var: “Eyni zamanda “Qazpromla” “Botaş”ın arasında çox mühüm əlaqələr var. Məlum məsələdir ki, Azərbaycan qazı Cənubi Avropanı tam şəkildə qazla təmin etmək iqtidarında deyil. Gələcəkdə həmin kəmərdən Rusiya da yararlana bilər. Yəni, əsas məqam bundan ibarətdir. Həm də Putin başqa cür açıqlama versə, ona sanksiyalar tətbiq oluna, iradlar tutula bilər.
Digər tərəfdən, Amerika Birləşmiş Ştatları israrlı şəkildə İran qazının əleyhinədir. Demək olar ki, regionda əsas qazpaylayıcı kimi Rusiya və Azərbaycan qalır. Ona görə də Putin mütləq qaydada bunu dilinə gətirməli idi. Ancaq qazın Avropada tam şəkildə alınmasında Misir problemi var. Çünki Misirin sıxılmış qaz ehtiyatları var. Sıxılmış qaz da Avropaya çatdırılmalıdır. Lakin təhlillər onu göstərir ki, ən ucuz və keyfiyyətli yanacaq təbii qazdır. Bu da Azərbaycanda “Şahdəniz” yatağından çıxır. Sıxılmış qaz isə Avropaya baha başa gəlir. Yenə də məsələ Azərbaycanın üzərində dayanır. Ona görə də Rusiya bundan istifadə edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB