Konqres Səudiyyə Ərəbistanına silah satışına dair 60 milyard dollarlıq sazişi təsdiq etməyə hazırlaşır

Konqres Səudiyyə Ərəbistanına silah satışına dair 60 milyard dollarlıq sazişi təsdiq etməyə hazırlaşır

ABŞ Konqresinin Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı arasında silah satışına dair 60 milyard dollarlıq sazişi təsdiq edəcəyi gözlənilir. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Obama administrasiyası ABŞ-ın ən böyük silah satışına dair sazişlə bağlı Konrqesi keçən ay məlumat verib. Administrasiya qanunvericilərə saziş paketini qəbul etmək üçün 30 gün vaxt verib. Hələlik sazişə etiraz edilməyib. Lakin bu ayın əvvəli Konqresdə hər iki partiyanı təmsil edən 200 nəfərdən ibarət qrup Müdafiə naziri Robert Qeyts və Dövlət katibi Hillari Klintona məktub göndərərək, sazişlə bağlı suallar qaldırmış və bu silahlardan regionda müttəfiq ölkə olan İsrailə qarşı istifadə edilməcəyinə dair zəmanət istəyiblər.

ABŞ Dövlət Departamentinin rəsmiləri silah satışlarının 15-20 il ərzində icra ediləcəyini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə