Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi olub. SİA-nın verdiyi məlumata görə, Şəki Penitensiar Müəssisəsinin rəisi, ədliyyə polkovnik- leytenantı Sadıxov Murtuz Müqbil oğlu tutduğu vəzifədən azad edilib. Onun yerinə kimin təyin edildiyi hələlik məlum deyil.
Penitensiar Xidmətdən saytımıza bildirilib ki, təyinatla bağlı rəsmi əmr çıxdıqdan sonra mətbuata məlumat veriləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB