İrəvan Dövlət Universitetində tələbələrin etiraz aksiyasının böyüdüyünü görən rektor Aram Simonyan nəhayət, ali məktəbin iclas zalında etirazçılarla görüşüb. Lakin psixoloji təzyiqlərə tab gətirməyən Simonyan zalı tərk etməyə çalışıb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, tələbələr çıxış yolunu bağlayaraq onu buraxmayıblar. Simonyan baş verənləri təcavüz adlandırıb və deyib ki, bu cür təzyiqlər altında istefa verməyəcək və tələblərin heç birinin qanuni əsası yoxdur.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq, “İDU-nu yenidən başlat” qrupunun təşəbbüsü ilə İrəvan Dövlət Universitetində tələbələrin kütləvi etiraz etiraz aksiyası keçirilir. Etirazçılar rektor Aram Simonyanın istefasını tələb edərək, bütün tələbələri, müəllimləri və universitetin əməkdaşlarını tətil elan etməyə çağırıblar. Aksiyada iştirak edən tələbələr həmçinin, İrəvan Dövlət Universitetində maliyyə auditinin keçirilməsini, Himayədarlar Şurasının buraxılmasını, Həmkarlar İttifaqı və Tələbə Şurasının fəaliyyətlərinin dayandırılmasını tələb ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB