BAXCP rəsmisi: “Əli Kərimli “siyasi məhbus” alveri ilə məşğul olur” MÖVQE

BAXCP rəsmisi: “Əli Kərimli “siyasi məhbus” alveri ilə məşğul olur” MÖVQE

“Cənab Prezidentin imzaladığı əfv sərəncamı birbaşa hümanizm prinsiplərinə söykənir və cəmiyyətdə çox müsbət qarşılanır. Cümhuriyyətimizin 100 illiyinin keçirildiyi bir məqamda yüzlərlə məhbus ailəsi sevinc içində idi. Həmin ailələr üçün əfv sərəncamının daha böyük əhəmiyyəti var”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin əfv etdiyi 600 nəfərdən artıq şəxsin içində Nardaran hadisələrində həbs edilmiş, Təsil Nazirliyi qarşısında polis əməkdaşlarına qarşı zorakılıq etmiş şəxslər və Əli Kərimlinin qurbanlarından olanlar da var idi: “Ümid edək ki, bu adamlar artıq islah olublar və daha bundan sonra Əli Kərimlinin siyasi qurbanlarına çevrilməyəcəklər. Nardaran hadisələrində həbs edilənlər birbaşa İran molla rejiminin təsirində olan və Azərbaycanın dövlət qurluşunun dəyişdirilməsini arzu edənlər idi. Hər kəs də bilir ki, Əli Kərimli bu gün Taleh Bağırzadə ilə, yəni İran molla rejimi ilə yaxından əməkdaşlıq edir. Bunu heç Kərimlinin özü də gizlətmir. Hər zaman Taleh Bağırzadəyə açıq şəkildə dəstək verir. Bu adamlar “siyasi məhbus” adı ilə beynəlxalq təşkilatlardan qrant alırlar və bir çox hallarda aldıqları pulu həmin şəxsin özünə və ya ailəsinə vermirlər. Xatırlayırsınız, Əli Kərimlinin yaxın silahdaşı Qənimət Zahidovun qardaşı Mirzə Sakit həbsxanadan çıxan kimi Əli Kərimlinin onun adına nə qədər xaricdən pul aldığını sübut etdi. Bir sözlə Mirzə Sakit Kərimlinin “siyasi məhbus” alveri ilə məşğul olduğunu bəyan etdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə