Komitə sədrinin Türkiyəyə səfəri yekunlaşıb FOTOLAR

Komitə sədrinin Türkiyəyə səfəri yekunlaşıb FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə rəsmi səfəri yekunlaşıb. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində Komitə sədrinin iştirak etdiyi tədbirlərdən biri də Antalyada keçirilib.

Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkil etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan təddbirdə rəsmi şəxslər, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Rəsm sərgisi, milli rəqs və musiqi nümunələri maraqla qarşılanıb. Qonaqların diqqətini çəkən beynəlxalq sərgidə Azərbaycan Cümhuriyyətinin dəyərli rəssamlarının əsərləri nümayiş olunub.

Daha sonra Fuad Muradov Antalyadakı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb, onları maraqlandıran məsələlərlə dərindən maraqlanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня