İran prezidenti Mahmud Əhmədinejad Təzəpir məscid kompleksində olub
İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olub. İranın Azərbaycandakı səfirliyindən SİA-ya verilən xəbərə görə, qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.
M. Əhmədinejada məscidin bərpası barəsində geniş məlumat verilib. Daha sonra M. Əhmədinejad kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub.
İran prezidenti burada nümayiş olunan qədim kitablara baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ona xatirə hədiyyələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB