Elmar Məmmədyarov Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Elmar Məmmədyarov Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb. Mayın 15-də Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında bildirib.

Qeyd edilib ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə