Paşinyan daha bir nəfərin vəzifədən getməsini istəyir

Paşinyan daha bir nəfərin vəzifədən getməsini istəyir

Ermənistanın yeni baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyana polis rəisini və Təhlükəsizlik Xidmətinin direktorunu vəzifələrindən azad etməyi təklif edib. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, N.Paşinyan "Facebook səhifəsində yazıb: "Prezidentə Baş Polis İdarəsinin rəisi Vladimir Qasparyanın və Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın vəzifələrindən azad edilmələri barədə təklifin yer aldığı məktub ünvanlamışam".

Qeyd edək ki, mayın 8-də parlament N.Paşinyanı Ermənistanın baş naziri seçib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə