Siyasi şərhçi: “Paşinyan naşıdır və macərapərəstdir” MÜNASİBƏT

Siyasi şərhçi: “Paşinyan naşıdır və macərapərəstdir” MÜNASİBƏT

“Nikol Paşinyan naşıdır, dərin zəka sahib deyil, sadəcə macərapərəstdir. Ona görə də bu şəxsin hakimiyyəti uzun sürməyəcək”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanı bəh-bəhlə baş nazir seçdirən ermənilər bir müddət sonra vəzifədən endirməli olacaqlar: “Çünki Paşinyan obyektiv gerçəkliyi nəzərə almayaraq xeyli vədlər verib. O vədlərin yerinə yetirilməsi isə Ermənistan kimi acınacaqlı durumda olan bir ölkədə sadəcə mümkün deyil. Xalq isə ona inanıb, baş nazir vəzifəsinə gəlməsinə şərait yaratdı. Bir müddət sonra görəndə ki, verilən vədlər yerinə yetirilmir, elə həmin xalq da ona qarşı ayağa qalxacaq. Yəni Paşinyan hakimiyyəti müvəqqətidir, biz ondan sonra kimin hakimiyyətə gələcəyi haqqında bilgi toplamağa çalışmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə