Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyası davam edir. SİA-nın xəbərinə görə, sessiyanın davamında çıxış edən Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir Kamil Xasıyev bildirib ki, Azərbaycan nəinki ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını da ərsəyə gətirməyə nail olub.
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına nəzər salan K. Xasıyev söyləyib ki, bu əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolunu ərsəyə gətirilib.
"Hazırda TANAP layihəsi həyata keçirilir. Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşmasında rol oynayır. Biz regionda layihələrdə ən fəal iştirakçılardan biridir. Avropa İttifaqı ölkələrinin də Azərbaycanın iştirakçısı olan layihələrə qoşulmaq imkanları var. Bunlardan biri TAP layihəsidir. Yunanıstan, İtaliya, Albaniya bu layihənin iştirakçıları sırasındadır. Biz regional əməkdaşlıq dedikdə həm də digər regionlarla əməkdaşlığı nəzədə tutan təşəbbüslərdən danışırıq”.
K. Xasıyev qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təlükəsizliyi ilə bağlıdır: “Bu, enerji mənbələrinin şaxələndirilməsini nəzərdə tutur və enerji sahəsində əməkdaşlığın təzahürüdür. Hər bir tərəf əməkdaşlıqdan bəhrə götürməlidir, yalnız bu təqdirdə uğura imza ata bilərik. Bu günkü uğurlar düzgün yolda olduğumuzu göstərir. İstehsal, tranzit və istehlakçı ölkələrin maraqları Cənub Qaz Dəhlizi layihəsində əksini tapıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB