Dağıstanda 6 milis qətlə yetirilib

Dağıstanda 6 milis qətlə yetirilib

Rusiya rəsmiləri Dağıstanın paytaxtı Mahaçqalada iki ayrı-ayrı hücumlar zamanı azı altı milis zabitinin öldürüldüyünü bildirib. SİA-nın voanews.com-a istinadən verdiyi vəbərə görə, ilkin məlumatda deyilir ki, hücumlardan biri silahlı olduğundan şübhələnilən şəxsin milis işçisinin avtomobilini qaçıran zaman baş verib. Hadisədə azı üç milis zabiti və üç mülki vətəndaş yaralanıb.

Yerli milis sözçüsü Associated Press xəbər agentliyinə bildirib ki, polis silahlıların avtomobilini mühasirəyə alaraq atəş açdıqdan sonra yaraqlıların içində olduğu avtomobil alovlanıb və partlayıb.

Qeyd edək ki, Dağıstan Rusiyanın Şimali Qafqazda qeyri-sabit regionlarından biridir. Əksəriyyəti müsəlmanlardan ibarət regionda 1990-cı ildə Rusiya hərbi qüvvələri separatçılarla iki müharibə aparıb. Regionda demək olar ki, hər gün atışma və partlayışlar baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə