Yerevan sakinləri yenidən küçələrə çıxıb

Yerevan sakinləri yenidən küçələrə çıxıb

Bu gün yüzlərlə insan Ermənistanda baş nazir seçkilərinin böyük ekranlarda canlı yayımlanacağı Yerevanın mərkəzi Respublika Meydanına toplaşıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir postuna yeganə namizəd olan “Yelk” (Çıxış) partiyasının lideri Nikol Paşinyan “Facebook” hesabında bəyan edib ki, Respublika Partiyası seçkiləri pozmaq qərarına gəlib.

"Mən sizin hamınızı səhər erkən saatlardan Respublika Meydanına toplaşmağa və Serj Sarkisyanın növbəti planına qarşı çıxmağa çağırıram”, - deyə Paşinyan yazıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə