Rusiya dövlət başçısı Vladimir Putin ilə Fransanın lideri Emmanuel Makron arasında telefon danışığı keçirilib. SİA-nın verdiyi məlumata görə, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.
Məlumata əsasən, telefon söhbətində liderlər İranın nüvə proqramı ilə bağlı razılaşma ətrafındakı vəziyyəti müzakirə ediblər.
Makron ABŞ səfərinin yekunları barədə Putini məlumatlandırıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB