Arye Qut: "Azərbaycan Cənubi Qafqaz regionunun güclü və sabit geosiyasi mərkəzidir"
Əminəm ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri yeni islahat və nailiyyətlərin başlanğıcı və hərəkətverici qüvvəsi olacaq. Hesab edirəm ki, seçkilərdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirdi, Azərbaycanda seçkilər açıq və şəffaf keçirildi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında populyar israilli aparıcı Vladimir Rav Tsionla söhbətində deyib. http://9tv.co.il/video/2018/04/24/72572.html
İsrailli ekspert qeyd edib ki, bu gün güclü və müstəqil Azərbaycan çoxvektorlu xarici siyasəti uğurla həyata keçirir. “Uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində Azərbaycan regionun güclü geosiyasi mərkəzinə və liderinə çevrilib. Onun iştirakı və razılığı olmadan dünyanın strateji regionu olan Cənubi Qafqazda heç bir siyasi, iqtisadi və nəqliyyat layihələri reallaşdırıla bilməz. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü qüvvə və lokomotivdir. Yaddan çıxarmayaq ki, Azərbaycan respublikası bu gün çox mürəkkəb geosiyasi əhatədədir və çoxvektorlu xarici siyasət yürüdür.
Bugünkü reallıq belədir ki, Avrasiyada və bütün müsəlman dünyasında Azərbaycan qədər İsraillə sıx əlaqəsi olan ölkə yoxdur. İki dövlət arasında diplomatik münasibətlərin 26 illik tarixi ərzində yəhudi dövləti və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dövlət arasında strateji münasibətlərin zəruriliyi və yaşamaq qabiliyyəti sübut edilib. Bizim dost dövlətlərimiz həqiqətən də əsl səmimi və etibarlı strateji tərəfdaş kimi qarşılıqlı əlaqədədir. Faktiki olaraq azərbaycanlılar və yəhudilər nəinki yanaşı yaşaya bilər, həm də əsl dost ola bilər, öz münasibətlərini inkişaf etdirə və möhkəmləndirə bilərlər”, - deyə Arye Qut vurğulayır.
Arye Qutun fikrincə, mürəkkəb geosiyasi labirintdə Azərbaycanın özünəməxsus yeri var. O deyib: “İsrail və Azərbaycan arasında ən yüksək səviyyədə və etimada əsaslanan siyasi dialoq mövcuddur. Ciddi iqtisadi zəmin var - ticarət dövriyyəsi təxminən 5,7 milyard dollardır. Lakin İsrail-Azərbaycan münasibətlərində ən başlıcası isə çox vacib olan insan amilidir, mən deyərdim ki, bu amil ikitərəfli münasibətlərin əsas sütunlarından biridir.
Biz İsraildən olan müşahidəçilərlə birlikdə Azərbaycanda yəhudilərin yaşadıqları Qırmızı Qəsəbədə olduq. Müşahidəçilərin sırasında Uzi Dayan Azərbaycanda yəhudilərə dünyanın heç bir yerində olmayan qayğıkeş və səmimi münasibətə heyran qaldığını bildirdi. Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır və Azərbaycan bundan qürur duyur. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaş kimi yaşayır, onları ortaq tarix və tale birləşdirir. Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Azərbaycan həqiqətən sabitlik, multikulturalizm və tolerantlıq adasıdır”.
Ekspert qeyd edir ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycanın xarici siyasətinin təməl daşıdır. Rəsmi Bakı sübut edib ki, heç kəs Azərbaycanla ultimatum dilində danışa bilməz. Əcnəbi tərəfdaşlarla əməkdaşlıq və tərəfdaşlıq müstəsna olaraq qarşılıqlı maraqlara əsaslanır.
Ermənistan-Azərbaycan münaqişəsinə və Serj Sarkisyanın istefası məsələsinə toxunan Arye Qut qeyd edib ki, Ermənistan 25 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır və bunun nəticəsində ölkədə 1 milyon qaçqın yaranıb. O deyib: “Rəsmi Bakı çoxdan bildirib ki, indiki status-kvo ilə razılaşmayacaq. Bundan başqa, beynəlxalq hüquq normalarına müvafiq olaraq, Bakı yalnız özünümüdafiə hüququna deyil, həm də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini azad etmək hüququna malikdir. Serj Sarkisyanın istefasına gəldikdə, bu insan tarixdə çox dəhşətli qanlı izlər qoyub. Xatırladım ki, Sarkisyan Azərbaycanın Xocalı şəhərindəki soyqırımı aktının təkcə ideoloqu deyil, həm də təşkilatçısı olub. Orada bir gecədə 613 azərbaycanlı dinc sakin, o cümlədən uşaq, qoca və qadınlar qətlə yetirilib. Azərbaycan xalqı bu cinayəti Sarkisyana heç vaxt bağışlamayacaq.
Bəs Sarkisyan öz xalqına nə qoydu? Onun on illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionunda özünü təcrid etmiş Ermənistan əsassız ərazi iddialarına, xüsusən də Azərbaycan torpaqlarını işğal etməsinə və davam edən hərbi təcavüzünə görə geosiyasi, geoiqtisadi, nəqliyyat və logistika, Xəzər dənizinin neft-qaz ehtiyatları ilə bağlı layihələrdən tam kənarda qalıb. Ermənistanın Cənubi Qafqazda ən asılı ölkə olması danılmaz faktdır. Ermənistan bu gün Rusiyanın xarici siyasi və iqtisadi ambisiyalarına tamamilə bağlıdır və ondan asılıdır”.
Arye Qutun sözlərinə görə, Ermənistanın iqtisadiyyatı acınacaqlı vəziyyətdədir, bu da onun tədricən Rusiyanın peykinə çevrilməsi və çevriləcəyi ilə nəticələnir. “Əgər 10 il əvvəl Ermənistanın 3 milyon əhalisi var idisə, hazırda orada təxminən 1,5 milyon nəfər qalıb. İnsanlar Ermənistanı tərk edirlər, çünki oranın gələcəyini görmürlər. Kütləvi köç əhval-ruhiyyəsinin səbəbi Ermənistanın iqtisadi durumudur. Ermənistan əhalisi ölkədə reallaşdırılan iqtisadi siyasəti mənfi qiymətləndirir, çıxış yolunu buranı tərk etməkdə görür.
Hakimiyyət orqanlarının rəvac verdiyi cəzasızlıq mühiti o vəziyyətə gətirib çıxarıb ki, ölkənin taleyi dayaz, bəsit təfəkkürlü insanların və diletantların ixtiyarına buraxılıb. Başqa sözlə, onlar Serj Sarkisyanın “döyüş şücaətinə” görə mükafatlandırdığı şəxslərdir. Sarkisyan ölkəyə 10 il rəhbərlik etsə də, ilk iş fəaliyyətinə başladığı vaxtlardakı kimi, elə çilingər olaraq qalıb. Belə bir vəziyyətdə xalq ayağa qalxdı və istefa tələb etdi, Sarkisyan da getməyə məcbur oldu. Azərbaycanda ümid edirlər ki, Ermənistanda hakimiyyətə sağlam düşüncəli, ağır vəziyyətdə olan xalqını və ölkəsini düşünən adam gələcək”, - Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında fikrini belə yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



