Bu gün Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirə günü qeyd olunur. SİA-nın xəbərinə görə, bu münasibətlə Mustafa Kamal Atatürkün Bakıdakı heykəli ziyarət edilib. Belə ki, ziyarətçilər arasında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə vətəndaşları, Azərbaycanda təhsil alan türk tələbələr də olub. Heykəlin önünə əklillər qoyulub mərhumun xatirəsi yad edilib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB