Odri Qlover: “Müxalifət namizədlərinin kənarda qalmasına seçicilər qərar verib” - MÖVQE

Odri Qlover: “Müxalifət namizədlərinin kənarda qalmasına seçicilər qərar verib” - MÖVQE

"Mən şəxsən nə rüşvət verməmişəm, nədə mənə rüşvət təklif olunmayıb". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Qlover ATƏT-in, ATƏT Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında "SƏS" qəzetinin müxbirinin "Müxalifətin verdiyi bəyanatda bildirilir ki, beynəlxalq müşahidəçilərə hökümət tərəfindən rüşvət verilib, bu belədirmi" sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurumun nümayəndələri Azərbaycanda seçkilərin ATƏT və Avropa Şurasının demokratik seçkilər barədə öhdəlikləri, həmçinin dövlətin qanunvericiliyinə cavab verib-vermədiyini müəyyən etmək üçün qiymətləndirmə aparır.

 

Bir sıra məntəqələrdə müşahidə olunmuş pozuntulara dair sualı cavablandıran Odri Qlover isə bu barədə təhlillər aparıldığını, nəticənin 2 ay sonra açıqlanacaq yekun hesabatda əksini tapacağını qeyd edib.

 

Müxalifət namizədlərinin böyük əksəriyyətinin seçilməməsinə müşahidəçilərin münasibətini soruşan jurnalistə O.Qlover: "Demokratiya güclü müxalifət tələb edir. Lakin onları kimin seçdiyini biz müəyyənləşdirmirik. Onları seçicilər seçir, müxalifət nümayəndələrini seçib seçməmək onlardan asılıdır", - deyə cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə