İlham Əliyev: "Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi"
İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. SİA-nın xəbərinə görə, bu fikirləri dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.
Prezident seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini deyən Azərbaycan Prezidenti söyləyib ki, Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib: "İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB