“The News”ın redaktoru: “Seçici fəallığının yüksək olması seçkilərə olan yüksək maraqdan irəli gəlir”

“The News”ın redaktoru: “Seçici fəallığının yüksək olması seçkilərə olan yüksək maraqdan irəli gəlir”

"Hesab edirəm ki, Azərbaycanda parlament seçkiləri demokratik və şəffaf şəkildə keçirilir". SİA-nın məlumatına görə, bu haqda məlumatı Meksikanın ingilis dilində nəşr olunan tanınmış qəzetlərdən "The News"ın redaktoru, siyasi ekspert Tereza Margalis jurnalistlərə açıqlamasında verib.

 

Azərbaycan Mərkəzi Seçki Komissiyasının fəaliyyətindən də razılığını ifadə edən meksikalı qonaq seçicilərin də fəallığının yüksək olduğunu deyib. Seçicilərin fəallığının yüksək olmasının da seçkilərə olan yüksək maraqdan irəli gəldiyini bildirən qəzet redaktoru 6-7 seçki dairəsində seçkiləri müşahidə etdiyini qeyd edib. Seçki məntəqələrində həm müxalifət, həm də iqtidar müşahidəçiləri ilə görüşdüyünü söyləyən T.Margalis bildirib ki, hər iki tərəfin təmsilçiləri qanun çərçivəsində proseslərə müdaxilə edə bilir.

 

500 seçki məntəqəsində veb-kameralardan istifadə olunmasını da yüksək qiymətləndirən qəzet redaktoru bunun şəffalıq baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O, seçkilərdə kifayət qədər siyasi partiyanın iştirakının da demokratik seçkilərə sübut olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə