Hadi Rəcəbli: “Azərbaycan xalqı İlham Əliyevə inanır” MÜNASİBƏT

Hadi Rəcəbli: “Azərbaycan xalqı İlham Əliyevə inanır” MÜNASİBƏT

“Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır”. SİA-nın verdiyi məlumata görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, Prezidentin hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir: “İlham Əliyev cənabları hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ardıcıl addımlar atılır. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bu dəstəyin nəticəsidir ki, İlham Əliyev cənabları yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu münasibətlə İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə