ATƏT-in müşahidəçisi: "Hələ ki, seçki demokratik şəkildə keçirilir"

ATƏT-in müşahidəçisi: "Hələ ki, seçki demokratik şəkildə keçirilir"
"Seçki məntəqələri seçicilərin azad və demokratik şəkildə öz iradələrini ifadə etmək üçün müasir texniki avadanlıqlarla təchiz olunublar. İzlədiyimiz proseslərdə narazılıqlara rast gəlmədik". Bunu SİA-ya açıqlamasında 30 saylı 1-ci Suraxanı seçki dairəsində seçkiləri yaxından izləyən ATƏT-dən olan müşahidəçilər Buqunis Pravoleq və Bravnik Judih söyləyiblər. ATƏT müşahidəçiləri bu və ya digər məsələlərlə bağlı daha geniş təəssüratlarını seçki başa çatdıqdan sonra yayacaqları hesabatda qeyd edəcəklərini də bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə