Parlament seçkilərinin başlandığı saat 8:00-dan sonra ölkəmizin bütün bölgələrində olduğu kimi, Gədəbəy rayonunda da seçici fəallığı müşahidə olunub. 103 saylı Gədəbəy seçki dairəsinin sədri Xaliq Xudaverdiyevin SİA-ya verdiyi məlumata görə, saat 11:00-a qədər 39724 seçicidən 5497 nəfər seçki məntəqələrinə gələrək istədiklərə namizədlərə səs veriblər. X.Xudaverdiyevin sözlərinə görə, 103 saylı dairə seçki dairəsinin ərazisində 40 məntəqə yerləşir və bu məntəqələrdə seçki prosesini yaxından izləmək üçün bütün siyasi partiyaların müşahidəçiləri mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB