Məzahir Pənahov: “Ən çox zənglər beynəlxalq müşahidəçilərin seçki prosesinə çox müdaxilə etmələri ilə bağlı daxil olur”
"Səsvermə başladıqdan sonra ilk 4 saat ərzində seçkilər kifayət qədər sakit keçib". SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə zamanı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, müəyyən yerlərdən bu və ya digər formada telefon zəngləri daxil olub. O bildirib ki, bütün dairələrdə seçki məcəlləsinin tələbinə uyğun olaraq həm məntəqələrin açılma mərhələsi, həm səsvermənin başlanması və gedişi qanunauyğun aparılması vurğulanıb.
MSK sədri onu da qeyd edib ki, bu müddət ərzində müəyyən epizodik narahatlıq doğuran məsələlərlə bağlı zənglər də daxil olub, bunlarla bağlı ölçü götürülüb addımlar atılır: "Qanun pozuntusu ilə bağlı 10-15 telefon zəngi daxil olub. Ən çox narahatçılıq beynəlxalq müşahidəçilərin seçki prosesinə həddən artıq çox müdaxilə etmələri ilə bağlıdır. Artıq bununula bağlı xəbərdarlıq olunub". Onun sözlərinə görə, əsas odur ki, seçki məcəlləsinin tələblərinə uyğun olmayan hal baş verdikdə onun qarşısı dərhal alınsın.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB