14 saylı 2-ci Xəzər seçki dairəsinin 13 saylı seçki məntəqəsində seçici siyahısında 1442 nəfər qeydiyyatdan keçib
"14 saylı 2-ci Xəzər seçki dairəsinin 13 saylı seçki məntəqəsində 1442 nəfər səs verəcək". Bu sözləri SİA-ya verdiyi məlumatda məntəqə sədri Əbilov Xəzərxan deyib. Onun sözlərinə görə saat 11: 30- qədər 310 nəfər səs verib. Bunlardan 22-si ilk dəfə parlament seçkilərində iştirak edənlərdir. Seçkidə iştirak edən beynəlxalq müşahidəçilərdən olan Belçikadan Perped Anda və Jan Korlil bildirib ki, hələ ki seçkilərin müşahidəsi zamanı heç bir qanun pozuntusu aşkarlanmayıb. Müşahidəçilər seçki prosesindən razı qaldıqlarını deyiblər.
Qeyd edək ki, məntəqədə seçkini Ümid Partiyası, YAP-in üzvləri və bitərəf müşahidəçilər müşahidə edirlər.
Qeyd edək ki, məntəqədə seçkini Ümid Partiyası, YAP-in üzvləri və bitərəf müşahidəçilər müşahidə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB