Beynəlxalq müşahidəçi: "Azərbaycanda parlament seçkiləri qanunun tələblərinə uyğun olaraq keçirilir"

Beynəlxalq müşahidəçi: "Azərbaycanda parlament seçkiləri qanunun tələblərinə uyğun olaraq keçirilir"
"Azərbaycanda keçirilən parlament seçkiləri normal qiymətləndiririk". SİA-nın məlumatına görə, bu sözləri MDB müşahidə missiyasının nümayəndələri Oleq Slijevsk və Şuroq İvan 23 saylı Nəsimi-Səbayıl seçki dairəsinin 22 saylı seçki məntəqəsində müşahidə apardıqdan sonra məlumat veriblər. Onlar bildiriblər ki, səsvermə qanunun bütün tələblərinə uyğun olaraq həyata keçirilir, hər şey şəffafdır. Müşahidəçilərin sözlərinə görə, müşahidə apardıqları 6 məntəqədə heç bir qanun pozuntusuna rast gəlməyiblər: "Biz bütün məntəqələrdə bizə lazım olan məlumatları rahat şəkildə ala bilirik, hələ ki seçki prosesindən razıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə