Bu gün saat 8:00-dan cənub bölgəsində də seçkilərə start verilib. SİA-nın cənub bürosunun məlumatına görə, bölgənin 6- Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarında 12 dairə fəaliyyət göstərir. Həmin dairələrdən 53 nəfər 12 deputat mandatı uğrunda mübarizə aparır. Bu gün bölgədə 565 seçki məntəqəsində 427 min 255 nəfər seçici səsvermə hüququndan istifadə edə biləcək.
Səsvermə prosesini izləmək üçün 12 dairə üzrə 4 mindən çox xarici və daxili müşahidəçi qeydiyyatdan keçib. Əlavə edək ki, respublika üzrə ən yaşlı seçici də cənub bölgəsində qeydiyyatdan keçib. Bu, 78 saylı Lerik DSK-nın ərazisində yaşayan, rayonun Peştətük kənd sakini, 112 yaşlı Məhbubə Həsənverdi qızı Fətəliyevadır. Bütün dairələrdə səsvermə prosesi demokratik şəkildə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB