Miloş Aliqrudiç: "Heç bir qayda pozuntusu qeydə alınmayıb"

Miloş Aliqrudiç: "Heç bir qayda pozuntusu qeydə alınmayıb"

Seçkilər yüksək səviyyədə təşkil olunub. Seçici aktivliyi müşahidə edilir. SİA-nın verdiyi məlumata görə, bu sözləri sechki-2018.az saytına açıqlamasında Bolqarıstanın Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GISDI) qeyri-hökumət təşkilatının xətti ilə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən serbiyalı siyasətçi Miloş Aliqrudiç bildirib.

O deyib: “Seçicilərin seçki qanunvericiliyi ilə tanış olduqlarını müşahidə etdim. Çoxlu sayda yerli və beynəlxalq müşahidəçi seçkiləri izləyir. İndiyə kimi müşahidə apardığım 9 seçki məntəqəsində heç bir qayda pozuntusu qeydə alınmayıb və biz müşahidəçilərə heç bir şikayət daxil olmayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə