Bəkir Bozdağ: “Afrini yerli əhaliyə təslim edəcəyik”

Bəkir Bozdağ: “Afrini yerli əhaliyə təslim edəcəyik”

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Türkiyə qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib: "Biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq orada qalmaq niyyətimiz yoxdur".

"Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizlənmə işləri gedir", - deyə o əlavə edib.

Bozdağ Suriyadakı siyasi böhranın aradan qaldırılmasından sonra qoşunların çıxarılacağını ifadə edib: "Suriyada güc vakkumu var, fərqli qüvvələr var, müxalifət var. Biz Afrində hakimiyyəti yerli əhaliyə təslim edəcəyik. İndi əsas məsələ böhrandan siyasi çıxış yolu tapmaqdır və o tapılan kimi, biz oradan çıxacağıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə