Pakistanlı jurnalist: "Prezident seçkiləri vətəndaşların tərəqqisinin başlanğıcıdır"

Pakistanlı jurnalist: "Prezident seçkiləri vətəndaşların tərəqqisinin başlanğıcıdır"

Aprelin 11-nə planlaşdırılan prezident seçkiləri vətəndaşların yeni dövr inkişafı və tərəqqisinin başlanğıcıdır. SİA-nın verdiyi məlumata görə, bunu Associated Press of Pakistan (APP) informasiya agentliyinin baş jurnalisti Shahid Ali Butt deyib.

"Azərbaycan seçkilərin keçirilməsində Avropa ölkələri ilə sıx əlaqədədir. Dünya ictimaiyyəti Azərbaycana böyük maraq göstərir və gələcək prezident seçkilərini diqqət mərkəzində saxlayır"-deyə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Buradakı bəyanatda deyib ki, seçkidə iştirak edən siyasi partiyalar və namizədlər platformalarını ictimaiyyətə sərbəst çatdıra bilərlər.

"11 apreldə azad və ədalətli seçkilərə şahidlik edəcəyik", - deyə, Asim Mollazadə bildirib.

Fərqli yerlərə səfər zamanı ümumi vətəndaşlar APP-yə Prezident İlham Əliyevin ehtiyatlı siyasətini ölkəni doğru yola apardıqlarını bildiriblər. Aprelin 11-i çərşənbə günü İlham Əliyevin seçkidə qələbəsi daha çox siyasətə və xarici investisiyaya uyğunluq deməkdir. Azərbaycan xalqı inkişaf istəyir və biz hazırki Prezidentin simasında buna şahidlik edirik.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə