Azərbaycan Prezidenti: "Biz beynəlxalq arenada böyük etimad qazanmışıq"

Azərbaycan Prezidenti: "Biz beynəlxalq arenada böyük etimad qazanmışıq"

Ölkəmizdə yürüdülən mühüm siyasi vektorlardan biri də xarici siyasətdir ki, ölkə Prezidenti İlham Əliyev Cənabları bu istiqamətdə mühüm addımlarını atmaqdadır. Belə ki, hətta tərəfdaşlar arasında fakir ayrılıqları olmasına rəğmən, münasibətlərin tənzimlənməsi baxımından əhəmiyyətli amilləər qorunub-saxlanılmaqdadır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevi bununla bağlı vurğuylayıb ki, bu, münasibətlərin başlıca, strateji xarakterini, bu münasibətlərin həm bizim üçün, həm də tərəfdaşlarımız üçün əhəmiyyətini görməyə və nəticəyə yönəlməyə mane olmur: "Biz öz xarici siyasətimizi lap əvvəldən elə planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya hamı üçün məqbul olsun. Bizim ənənəvi tərəfdaşlarımızla prinsipial xarakterli bir sıra məsələlər barəsində fikir ayrılıqları az deyil. Lakin bu, münasibətlərin başlıca, strateji xarakterini, bu münasibətlərin həm bizim üçün, həm də tərəfdaşlarımız üçün əhəmiyyətini görməyə və nəticəyə yönəlməyə mane olmur".

Prezident İlham Əliyev, həmçinin bildirib ki, Azərbaycan Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur: "Deməliyəm ki, biz beynəlxalq arenada böyük etimad qazanmışıq və bizimlə razılaşmaya bilərlər. Lakin düşünürəm ki, bizə hörmət edir və etimad bəsləyirlər. Bir daha deyirəm, bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün ölkələrlə münasibətlərimiz yaxşı olsun, lakin bu, hansısa birtərəfli güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir. Məncə, bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur. Bizim qonşularla çox yaxşı və sıx, mehriban münasibətlərimiz var, onlar da bizə yaxşı münasibət bəsləyirlər. Buna görə də, bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb. Məncə, əsas vəzifə bu müsbət inkişaf vektorunu qoruyub saxlamaqdır. Bu, regional sabitliyin möhkəmləndirilməsinə şərait yaradacaq".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə