XİN rəhbəri: "Azərbaycanın regionun iqtisadi inkişafında rolu artmaqdadır"

XİN rəhbəri: "Azərbaycanın regionun iqtisadi inkişafında rolu artmaqdadır"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbul edilməzdir". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır.

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə münaqişələrin beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli üçün əlindən gələni edəcək.

Nazir bildirib ki, Azərbaycanın regionun iqtisadi inkişafında rolu artmaqdadır: "Azərbaycanın nəqliyyat və enerji layihələrin həyata keçirilməsi təşəbbüsü ilə beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq etməsi regionda əməkdaşlığın inkişafına öz töhfəsini verib".

XİN rəhbəri vurğulayıb ki, Azərbaycan ötən illər ərzində böyük infrastruktur, nəqliyyat və enerji layihələri həyata keçirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə